Ərdoğan Paşinyanla Praqada görüşə biləcəyini açıqladı


  • 1 Oktyabr 18:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada görüşə biləcəyini qeyd edib.

E-huquq.az xəbər verir ki, o, bu barədə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra bölgədə yeni şərait yaranıb:

“Can Azərbaycana olan dəstəyimiz Şuşa bəyannaməsi üzrə çox əhəmiyyətli və əbədidir. Cənubi Qafqazda can Azəbaycanın qələbəsindən sonra bölgədə davamlı sülh üçün ümid işığı doğub”.

Ərdoğan bölgədə davamlı sülh üçün Ermənistanla əlaqələrimizdə yeni əməkdaşlığı ortaya qoyduqlarını vurğulayıb: "Ermənistan regiondakı barış üçün yaranmış şəraiti yaxşı dəyərləndirməlidir".

Oxşar xəbərlər