Məzmuna keç

İstanbula uçan təyyarə Bakıya təcili eniş etdi

“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına – Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

E-huquq.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.