Məzmuna keç

Britaniya Azərbaycanın 17 hərbi əsiri Ermənistana qaytarmasını alqışlayır

Böyük Britaniya hökuməti Azərbaycanda saxlanılan 17 erməni hərbçinin Ermənistana təhvil verilməsini alqışlayır.

E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tviter səhifəsində məlumat verilib.

“Bu, mühüm humanitar jestdir”, – səfirlik bildirib.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanda saxlanılan 17 erməni əsiri qarşı tərəfə təhvil verib.