Ermənistan Müdafiə Nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.
Bu barədə e-huquq.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", – nazirlikdən qeyd olunub.
