Məzmuna keç

İlham Əliyev iranlı həmkarını Ermənistanın son təxribatları barədə məlumatlandırıb

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Seyid İbrahim Rəisini Ermənistanın son təxribatları barədə məlumatlandırıb.

E-huquq.az xəbər verir ki, bu barədə oktyabrın 13-də Azərbaycan və İran prezidentləri arasında Astanada keçirilən görüş zamanı qeyd olunub.

Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırıb.

Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib.

Prezident İlham Əliyev Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd edib.