Məzmuna keç

Avropa İttifaqı Ermənistana mülki missiyanın göndərilməsini təsdiqlədi

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yazılıb.

Bildirilib ki, sərhədə Aİ-nin 40-a qədər monitorinq eksperti yerləşdiriləcək: “Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi ali məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur”.

Mülkui missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.