Məzmuna keç

Sahibkarlara verilən zəmanətli kredit və subsidiyanın həcmi açıqlandı

2020-ci ilin iyun ayından bu ilin 1 oktyabrınadək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat həcmində zəmanət verilib.

E-huquq.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bu kreditlərin illik faiz dərəcəsinin 50%-nin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 mln. manat vəsait ödənilib.