“Laçın dəhlizi yalnız üç məqsəd üçün istifadə oluna bilər. Hərbi məqsədlər üçün istifadə oluna bilməz”.
E-huquq.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatda bu açıq qeyd olunub: “Dəhliz yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün istifadə oluna bilər”.
