Böyük Zəfərə gedən yol


  • 5 Noyabr 2022 13:45

Noyabr ayı Azərbaycan xalqının tarixində artıq zəfər-günü ayı kimi qalacaqdır. 30 ildən artıq işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün 27 sentyabrda başlanan ikinci Qarabağ Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi düşmənin məhvi ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də Cənab Prezidentimiz Ali Baş komandan İlham Əliyev Şuşanın düşməndən azad edilməsini sevinc xəbərini qururla xalqımiza çatdırdı. Bəli Cənab Prezident haqlı demişdir Qarabağ – Azərbaycandır!

Möhtərəm Ali baş komandan İlham Əliye xalqımızın 30 illik həsrətinə son qoydu Azərbaycanın əsası bütövlüyü haqqı, halalı bərpa edildi. Bu yolda neçə-neçə qəhrəman fədakar ölümdən belə qorxmayan oğullarımız Vətən uğrunda, Torpaq uğrunda şəhid oldu, yaralandı. Allah bütün şəidlərimizə qəni-qəni rəhmət elesin, qazilərimizə şəfa versin. Şəhidlik – ucalıqdır, şərəfdir. Onlar heç vaxt ölmür qəlblərdə daim yaşayır. Artıq 30 ildir ki xalqımız gözü yolda qalan torpaq torpaq yurd sevgisinə həsrətinə son qoyuldu. Düşmən üzərində böyük qələbəmiz qürurvericidir. Bu gün hər birimiz Ali baş komandanımız cənab İlham Əliyevin bizə bəxç etdiyi Müasir Azərbaycan tarixinin güclü sevincli günlərini alnıaçıq yaşayırıq. Mədəniyyətimizin paytaxtı olan Şuşa 28 il yarımdan sonra öz sahibinə qovuşdu, ayrılığa son qoyuldu, ər oğullarımız Şuşa xəyallalarımızı gerçəkləşdirdilər. Müzəffər ali baş komandan Möhtərəm İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qani-canı bahasına qazilərimizin şücayəti sayəsində 44 günlük Vətən Müharibəsi Zfər qələbəsi ilə başa çatdı. Bəli ləyaqətli, qüdrətli müzəffər sərkərdənin şərəfli ordusu Zəfər bayramını bizə bəxş etdi.

Beləliklə Dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan Zəfər günü cənab ilham Əliyevin qərarı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Qürurverici haldır ki, işğaldan azad olunmuş torpaqlarda quruculuq və adablıq işləri Ali Baş Komandan Cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad olunmuş ərazilərə tarixi səfərləri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük-böyük layihələr öz əksini tapdı.

Xalqımızın – dövlətimizin tarixi qürur bayramı olan Zəfər günümüz Mübarək olsun!

İradə Sərdarov

Azərbaycan Dillər Universitetinin dosenti

Oxşar xəbərlər