Məzmuna keç

Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verdi

Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ştorka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.

E-huquq.az xəbər verir ki, bununla bağlı R.Zeynalovun imzalanmış telefonoqramında qeyd edilib ki, respublikanın iqlim şəraiti nəzəra alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.

Tapşırığa əsasən nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək.