Məzmuna keç

Bakıda ağır yol qəzası: ölənlər və xəsarət alanlar var

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə e-huquq.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər – 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.