Məzmuna keç

Sahibkarlarla növbəti görüş Göyçay rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

E-huquq.az xəbər verir ki, “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Göyçay rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 22-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.