Məzmuna keç

“Məişət zorakılığının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gücləndirilməlidir”

"Təəssüf ki, hələ də həyat yoldaşı tərəfindən qətlə yetirilən qadınlar barədə xəbərlər oxuyuruq. Qabaqcıl tədbirlərin gücləndirildiyi və cəzaların sərtləşdirildiyi halda bu faciələrin qarşısını almaq olardı".

E-huquq.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Məryəm Hacı-İsmayılova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib.

"Qanunvericiliyimiz zorakılıqdan zərər çəkən şəxsin müdafiəsini təmin etmək üçün mühafizə orderlərinin verilməsini nəzərdə tutub. Burada qısamüddətli və uzunmüddətli orderlər mövcuddur. Lakin təcrübədə bu orderlərin verilməsi ilə bağlı statistika aşağıdır. Bu, o deməkdir ki, bu sahədə görüləcək işlər çoxdur. Düşünürəm ki, bu istiqamətdə daha səmərəli işlər görməliyik. Səylərimizi birləşdirib müdafiəni gücləndirməliyik", – deyə o qeyd edib.

Eltac Nurullazadə