""Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda deyilir ki, məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanları və qeyri-dövlət qurumları qarşılıqlı əməkdaşlıq etməlidir. Lakin bu əməkdaşlığın mexanizmi yoxdur. Hesab edirik ki, əməkdaşlığın həyata keçirilməsi üçün əlaqələndirici orqan müəyyən edilməlidir".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Komitə tərəfindən bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanıb: "Artıq təkliflər Nazirlər Kabinetinə təqdim olunub".
Eltac Nurullazadə
