Məzmuna keç

“Azəriqaz”: “Havaların soyumasına baxmayaraq qazın təzyiqi ilə bağlı şikayət daxil olmayıb”

"Bu gün “Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı mərkəzinə 700 müraciət daxil olub".

E-huquq.az xəbər verir ki, bunu Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, müraciətlərdən 276-ı borcunu ödəmədiyi üçün qaz təchizatı dayandırılan abonetlər tərəfindən edilib: "Bəzi abonentlər borcu ödəyən kimi dərhal zəng edərək qaz təchizatının bərpa olunmasını tələb edirlər".

Şöbə rəisi deyib ki, gün ərzində qazın olmaması və qaz təzyiqi ilə bağlı şikayət daxil olmayıb.

Lalə Salmanova