Məzmuna keç

Ceyhun Bayramov Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi –

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub, nazirlər yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

Azərbaycanın Xarici İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

***

22.08

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

E-huquq.az xəbər verir ki, danışıq zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə edilib.

Həmçinin, danışıq zaman yaxın zamanlarda keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi də aparılıb.