Məzmuna keç

Britaniyanın ölkəmizdəki səfiri Xocalı faciəsinin qurbanlarını yad etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

E-huquq.az xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

"Bu gün Xocalı faciəsinin qurbanlarını yad edirik. Allah rəhmət eləsin!", – diplomat bildirib.