Məzmuna keç

Naxçıvanda ASAN xidmət fəaliyyətə başlayacaq

“Bu il Naxçıvanda ASAN xidmət fəaliyyətə başlayacaq”.

E-huquq.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki mərkəzlə bağlı son tamamlanma işləri gedir:

“Naxçıvan Nazirlər Kabineti bu istiqamətlərdə işlər aparır. Yəqin ki bu il ərzində mərkəz fəaliyyətə başlayacaq”.

Ü. Mehdiyev vurğulayıb ki, qısa zamanda Şuşada da mərkəz açılacaq.