27 yaşlı Kamran Mustafalı kəskin mieloblast leykoz xəstəliyindən əziyyət çəkir.
Kamranın əmisi, Bakı Dövlət Univesitetinin ( BDU) Hüquq fakültəsinin müəllimi Mübariz Mustafalı e-huquq.az-ın redaksiyasına müraciət edərək qardaşı oğlunun müalicəsi məqsədilə lazımi vəsaitin toplanması üçün yardım istəyib.
M.Mustafalı deyib ki, qardaşı dünyasını dəyişdikdən sonra onun oğlu Kamranı himayəsinə götürərək böyüdüb. Onun sözlərinə görə, Kamran 3 ildir kəskin leykozdan əziyyət çəkir və hazırda onun vəziyyəti ağırdır. Bildirib ki, Kamran təcili olaraq Türkiyədə əməliyyat olunmalıdır və bunun üçün 60-100 min dollar arası məbləğə ehtiyac var.
M.Mustafalı xeyirxah insanlara müraciət edərək Kamranın müalicəsi üçün dəstək olmalarını xahiş edib: "Onun yaşaması üçün dəstəyinizə ehtiyac var. Həmkarlarımdan, bütün mərhəmətli insanlardan 27 yaşlı gəncin taleyinə biganə qalmamağı və əllərindən gələn yardımı əsirgəməməyi xahiş edirəm".


