"Azərişıq" ASC barədə protokol tərtib olunub.
E-huquq.az-ın məlumatına görə, ASC barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Protokol təsdiq olunarsa, "Azərişıq" üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.
Eltac Nurullazadə
