Məzmuna keç

Bakıda sağlamlıq mərkəzi qanunun tələbini pozduğuna görə məhkəməlik oldu

"Megapol Sağlamlıq Mərkəzi" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MMC aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Megapol Sağlamlıq Mərkəzi" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Eltac Nurullazadə