Məzmuna keç

“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək

“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 3 mart saat 11:00-da başlayacaq.

Bu barədə e-huquq.az-a Birlikdən məlumat verilib.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

"Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir", – deyə məlumatda qeyd olunub.