"Qaz sayğaclarının göstəricilərinin məsafədən oxunmasını həyata keçirən proqram təminatı üzərində işlər yekunlaşmaq üzrədir".
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat birliyinin rəsmisi Vüqar Səmədov "Açıq qapı aksiyasında deyib.
Onun sözlərinə görə, yeni proqram satılan qazın uçotunun düzgün aparılmasına xidmət edəcək.
"Bu həm də sayğac göstəricilərinin vaxtında oxunmasını təmin edəcək və nəticədə abonentlərin narazılıqlarının aradan qaldırılmasına gətirib çıxaracaq", – deyə V.Səmədov bildirib.
Lalə Salmanova
