Məzmuna keç

Ombudsman: “Əlilliyin qiymətləndirilməsi ilə bağlı süründürməçiliyin qarşısı alınmalıdır”

Azərbaycanda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı yol verilən süründürməçiliyin qarşısı alınmalıdır.

E-huquq.az-ın xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsi təklif olunur.