Məzmuna keç

Bakıda kosmetoloji mərkəz vətəndaşların hüquqlarını pozmaqda günahlandırılır

"Kosmetoloji Lazer Mərkəzi" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.

Protokol təqdir olunarsa, mərkəz altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə