Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.
E-huquq.az xəbər verir ki, bu barədə T.Klaar tviterdə yazıb.
"Yenidən Bakıdayam. Münhen görüşlərindən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşlər olacaq", – xüsusi nümayəndə bildirib.
***
18.11
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə xüsusi nümayəndənin mətbuat katibi Anri Dükken deyib.
"Toivo Klaar bir sıra görüşlər üçün sabah, 6 mart 2023-cü il tarixində Bakıya səfər edəcək. Bu məsləhətləşmələr onun fevralın 24-də Ermənistana son səfərindən sonra aparılır", – deyə o bildirib.
