Məzmuna keç

Türkiyədə zəlzələdən ölənlərin sayı 46 mini keçdi

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfəri keçib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra bildirib.

“Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən zəlzələdən zərərçəkmişlərin, vətəndaşlarımızın sayı 46 min 104-dür. Məqsədimiz qarşıdakı 2 ayda 244 min yaşayış binasının və 75 min kənd evinin tikintisinə başlamaqdır. Bunlardan təxminən 22 mininin tikintisinə başlanılıb”, – o vurğulayıb.