Məzmuna keç

Ombudsman Milli Məclisdə illik məruzə ilə çıxış edir –

"Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.

E-huquq.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir: "Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”.

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb.

E-huquq.az-ın xəbərinə görə, sənədi Ombudsman Səbinə Əliyeva təqdim edir.

Sonra deputatlar məruzəni müzakirə edəcəklər.