"Su İnşaat" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Su İnşaat" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Eltac Nurullazadə
