Məzmuna keç

“Akabe” cərimələnə bilər

"Akabe" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MMC barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Akabe" inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə