"Avt Logistics" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Avt Logistics" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
