Məzmuna keç

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə cərimə yazıldı

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzi üç yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclası martın 16-na təyin olunub.

Eltac Nurullazadə