Məzmuna keç

Gömrük Komitəsi “Şəki Şərab”a cərimə yazdı

“Şəki Şərab” MMC-yə cərimə yazılıb

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Şəki Rayon Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Şəki Şərab” min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə