Məzmuna keç

Göyçay Rayon İcra Hakimiyyətinə cərimə yazıldı

Göyçay Rayon İcra Hakimiyyətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, icra hakimiyyəti barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347 (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə hakim İbrahim Fəttahovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, Göyçay Rayon İcra Hakimiyyəti üç yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclası martın 16-na təyin olunub.

Eltac Nurullazadə