Məzmuna keç

Baş nazir Əli Əsədov qərar imzaladı

Azərbaycanda beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirildiyi müddətdə radiotezlik zolaqlarından istifadə hüququ müstəsna hallarda məhdudlaşdırıla biləcək.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təklifi ilə DRİ-nin qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla biləcək.