Məzmuna keç

Penitensiar müəssisələrə giriş üçün COVID-19 testi tələbi ləğv olunur

Penitensiar müəssisələrə giriş üçün COVID-19 testi tələbi ləğv olunur.

E-huquq.az xəbər verir ki, avqustun 1-dən vəkillər, müstəntiqlər və digər şəxslər Penitensiar müəssisələrə daxil olmaq üçün koronavirus testindən keçməyəcəklər.

Qeyd edək ki, bu günə kimi kənar şəxslər istintaq təcridxanalarına həmçinin Xidmətin müalicə müəssəsinə daxil olarkən PCR testindən keçirdilər. Bu isə mütəmadi olaraq müvəkkilləri ilə görüşə gedən vəkillər tərəfindən narazılıqla qarşılanırdı.

Mənbə: Qafqazinfo