Məzmuna keç

Hikmət Hacıyev: İrəvan Xaçatryanın saxlanmasına etiraz etməklə hərbi cinayətlərə haqq qazandırır

“25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına Ermənistanın rəsmi, ictimai/media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə bildirib.

“O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”, – Prezidentin köməkçisi əlavə edib.