Məzmuna keç

Sosial Xidmətlər Agentliyi 98 min manatlıq sifariş verdi

"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsinin qurumun tabeliyində olan 2 saylı psixonevroloji sosial xidmət müəssisəsinin yeni korpusunun 1 ədəd sərnişin və 1 ədəd mətbəx lifti ilə təmin olunması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “MAC Construction" MMC olub.

Məlumata görə, qalib şirkətə 97.602,56 manat ödəniləcək.

Şəbnəm Mehdizadə