Məzmuna keç

DGK əməkdaşları 30120 ədəd pirotexniki vasitələr aşkarladı

DGK əməkdaşları 30120 ədəd pirotexniki vasitələr aşkarladı 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "VAZ-21074" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobilin arxa və ön qaplarının içərisində ümumilikdə 30120 ədəd üzərlərində "Petards" və "Mega" yazılan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.