“Cari ildə 140 kənd və yeni yaşayış massivin qazlaşdırılması nəzərdə tutulub”.
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyasında deyib.
Şöbə rəisi eyni zamanda qeyd edib ki, yeni yaşayış massivlərinin qazlaşdırılması bu il də diqqət mərkəzindədir: “Hazırda 90 kənd və yeni massivdə qazlaşma işləri aparılır. Qalan ərazilərdə ilin sonuna qədər işlərin yekunlaşması nəzərdə tutulub”.
Şəbnəm Mehdizadə
