Məzmuna keç

Dövlət Sərhəd Xidməti 405 min manatlıq geyim alır

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin gündəlik geyimlərin satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Azeli Textil" MMC olub.

Məlumata görə, qalibə 404.716,4 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə