Məzmuna keç

Qanunsuz erməni silahlılarının Xocavənd və Füzuli istiqamətlərində yerdəyişmə cəhdlərinin qarşısı alındı

Avqustun 18-i saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", – məlumatda qeyd olunub.