"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" Publik Hüquqi Şəxsinin “Nərimanov Tibb Mərkəzi” PHŞ-in tabeliyində olan 5 nömrəli Şəhər Kliniki Xəstəxananın xəstəxana binası, korpusları və köməkçi binalarının yenidənqurulması (avadanlıq daxil) işlərinin satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "Var Construction" MMC olub.
Məlumata görə, qalib şirkətə 19.128.385,72 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə
