Məzmuna keç

Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul etdi

Dekabrın 11-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Tovuz şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib

Dekabrın 11-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Tovuz şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən e-huquq.az-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, məcburi dövlət sosial sığorta ödəmələri, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayonlarının sakinləri iştirak ediblər.