Məzmuna keç

Xırdalanın bir hissəsində su kəsiləcək

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

E-huquq.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.