Məzmuna keç

Hesablama Palatası 44 min manatlıq sifariş verdi

Azərbaycan Respublikası Hesablama Palatasının Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt Komitəsinin illik toplantısının keçirilməsi xidmətlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin nəticələri açıqlanıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Baku Holiday" MMC olub.

Məlumata görə, tenderin qalibinə 43.955 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə