Məzmuna keç

Bakıda koronavirus xəstələrinə baxan tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadıldı

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddəti uzadılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti oktyabrın 2-dək uzadılıb.

Qeyd edək ki, daha əvvəl bu müddət iyulun 1-dək uzadılmışdı.