Bu il istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində ümumi baxılmış işlərin sayı açıqlanıb.
E-huquq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Facebook" hesabənda yazıb.
"2023-cü ilin yanvar-iyul aylarında istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində ümumi baxılmış işlərin 1918-i qeyri-qida, 1754-ü xidmət, 160-ı qida, 88-i dərman vasitələri və tibbi avadanlıqlar, 189-u isə digər sahələrlə bağlı olub", – o qeyd edib.
