“2023-cü ilin yanvar-iyul ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 662 428 abonent 12 qəpik tarifilə (ümumi abonentləin 66,3 %) istifadə edib”.
E-huquq.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında məlumat verib.
Şöbə rəisi bildirib ki, hesabat dövründə 754 649 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 30,1 %) və 90 839 abonent 25 qəpik tarifilə (ümumi abonentlərin 3,6 %) qazdan istifadə edib.
Şəbnəm Mehdizadə
