Məzmuna keç

Azərbaycanda güclü zəlzələ oldu –

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla 20:38-də Kürdəmir rayonunda maqnitudası 5,2, dərinliyi 52 km olan zəlzələ qeydə alınıb. Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.

Bu barədə e-huquq.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

***

20.45

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Kürdəmir stansiyasınndan 14 km cənubda Kürdəmir ərazisində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən e-huquq.az-a bildirilib ki, zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.